Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti az buludlu, yağmursuz olacaq. Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti az buludlu, yağmursuz olacaq.

Sabah 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti az buludlu, yağmursuz olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə iyulun 19-da paytaxt və yarımadada cənub küləyi əsəcək.

Abşeron yarımadasındasında havanın temperaturunun gecə 22-27, gündüz 34-39° isti, Bakıda gecə 24-26, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.