Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.

Bu qəzetlərə pul ayrıldı - Siyahı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının xüsusi iclası keçirilib.


AzNews.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" 2016-cı il 21 iyul tarixli Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.

Aparılmış müzakirələr nəticəsində respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Müşahidə Şurasının qərarı əsasında birdəfəlik maliyyə yardımı ayrılmış qəzetlərin siyahısını təqdim edirik: