Telekanallar sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) ödənişli təşviqat aparılması üçün tarif cədvəlini açıqlayıb. Telekanallar sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) ödənişli təşviqat aparılması üçün tarif cədvəlini açıqlayıb.

TV-lərin referenduma görə efir qiymətləri - Siyahı

Telekanallar sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) ödənişli təşviqat aparılması üçün tarif cədvəlini açıqlayıb.


Tarif cədvəllərindən belə görünür ki, ödənişli təşviqat üçün ən bahalı efiri "Xəzər" Televiziyası müəyyənləşdirib.

İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib. İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.

Qeyd edək ki, referendumqabağı təşviqatın aparılmasına sentyabrın 3-də başlanılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq. Mərkəzi Seçki Komissiyyası üç - "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarını qeydə alıb.


"Lider" TV, Azad Azərbaycan Televiziyası, "Xəzər" TV də ödənişli efir vaxtının qiymətini açıqlayıb. Qiymətlərlə aşağıdakı cədvəllərdən tanış olmaq mümkündür.