Estoniya prezidenti İlqar İbrahimoğlunu ölkəsinə dəvət etdi

Dekabrın 8-də Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, illahiyyatçı alim İlqar İbrahimoğlu Estoniyaya səfər edəcək.

Bu barədə AzNews.az-a açıqlamasında İ.İbrahimoğlu özü məlumat verib.
Estoniya prezidenti Tomas Hendrik İlvesin dəvətilə bu ölkəyə səfərə gedəcəyini vurğulayan İ.İbrahimoğlu səfər çərçivəsində dekabrın 9-10-da Tallində keçiriləcək "İnsan haqqları və yeni çağırışlar" mövzusunda beynəlxalq konfransa qatılacağını söyləyib.

Onun sözlərinə görə, konfransda insan haqları, "ərəb baharı", qloballaşma və digər bu kimi mövzularla bağlı dinləmələr təşkil olunacaq.

Vasif Həsənli
AzNews.az