Avtobus dayanacaqlarında taksi və digər avtomobillərin saxlanılmasına mane olmaq üçün daha bir addım atılıb. Marşrut avtobusları üçün dayanacaqlarda yaradılmış cibləri mobil qruplar qoruyur. Avtobus dayanacaqlarında taksi və digər avtomobillərin saxlanılmasına mane olmaq üçün daha bir addım atılıb. Marşrut avtobusları üçün dayanacaqlarda yaradılmış cibləri mobil qruplar qoruyur.

Kənar maşınlar avtobus dayanacaqlarına girə bilməyəcək - Video

Avtobus dayanacaqlarında taksi və digər avtomobillərin saxlanılmasına mane olmaq üçün daha bir addım atılıb. Marşrut avtobusları üçün dayanacaqlarda yaradılmış cibləri mobil qruplar qoruyur.


Paytaxtın Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsində də yeni avtobus cibləri yaradılıb. Avtobusların ciplərdən kənar yerdə saxlamasının qarşısını almaq, qrafikinin tənzimlənməsi və hərəkətinə nəzarət üçün həmin ərazilərə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib.

Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək. Əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Taksilərin və digər nəqliyyat vasitələrinin dayanacağa girişinə icazə verilmir. Marşrut xətlərinin sahibləri də əraziyə cəlb edilib.

Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək. Həmin ciblərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmamamsı üçün qrafiklər işlənib hazırlanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xezerxeber.com