- Köhnə - Cəmiyyət
- 30 Sentyabr 2016 22:07
- 11 151
Bakıda yeni “avtoş” peyda oldu - Video
Bakıda yeni "avtoş" peyda olub. "BMW" markalı, 10 GJ 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobil duracağında təhlükəli şou göstərir.
Sürücü bahalı avtomobili ilə asfaltı "yazaraq" bu əməlini kameraya çəkdirib. O, bununla fəxr edirmiş kimi, görüntüləri sosial şəbəkələrdə və dostları arasında yaymağa başlayıb.
Araşdırmalar zamanı məlum olub ki, "avtoş" sürücü Bakıda yol hərəkəti qaydalarını pozmaqla da tanınır. Onun svetoforun qırmızı işığında keçdiyi və piyada keçidində piyadalara təhlükə yaratdığını əks etdirən görüntülər bunu deməyə əsas verir.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi həmin sürücü ilə bağlı müvafiq tədbirlər görəcək.
Avtosfer.az