- Köhnə - Cəmiyyət
- 4 Oktyabr 2016 12:08
- 6 875
Poçt bağlamalarında qızıl-zinət aşkarlandı - Video
Bakı Baş Gömrük İdarəsinin beynəlxalq poçt göndərişlərinə nəzarət bölməsində poçt bağlamalarına gömrük nəzarəti zamanı qaçaqmalçılıq faktı qeydə alınıb.
Bu barədə AzNews.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
İsrail dövlətinə göndərilən iki ədəd poçt bağlamasındakı geyim əşyalarının arasından bəyan edilməyən və ümumi çəkisi 323,19 qram olan qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.