“Heç olmasa orada gündə üç dəfə havayı yemək verilir” “Heç olmasa orada gündə üç dəfə havayı yemək verilir”

Rasim Balayev: “Həbs olunmaq istəyirəm”

“Heç olmasa orada gündə üç dəfə havayı yemək verilir”

"Elə bu saat Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai İstintaq İdarəsindən çıxmışam. Müstəntiqin yanında idim. Çox pis vəziyyətdəyəm. Ömrü boyu Azərbaycan mədəniyyəti üçün işlə, sonda da müstəntiqlər qarşısında izahat ver?"
Bunu AzNews.az-a açıqlamasında xalq artisti Rasim Balayev dedi. Aktyorun sözlərinə görə, hələ sabah yenidən izahat yazacaq: "İzahat verdim. Hələ sabah da yenidən izahat verməliyəm. Sabaha o qədər suallar hazırlayacaqlar ki. Hansı adam özü ayağı ilə izahat verməyə gedər? Əlbəttə ki, dəvət etmişdilər. Bir-bir hamı orada izahat verəcək. Kinemotoqrafçılar İttifaqının süpürgəçisindən tutmuş qarovulçusuna kimi hamı orada dindiriləcək. Adını da qoyublar ki, kino ittifaqının fəaliyyətini yoxlayırlar. Sonu nə olacaq özüm də bilmirəm. Amma doğrudan da həbs olunmaq istəyirəm. Heç olmasa orada gündə üç dəfə havayı yemək verilir".

Bahar Rüstəmli
AzNews.az