Daxili işlər orqanlarına qəbul imtahanları Məleykə Abbaszadəyə tapşırılır Daxili işlər orqanlarına qəbul imtahanları Məleykə Abbaszadəyə tapşırılır

Polisləri də TQDK seçəcək

Daxili işlər orqanlarına qəbul imtahanları Məleykə Abbaszadəyə tapşırılır





Daxili işlər orqanlarına qəbul imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) keçirəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanları TQDK tərəfindən 8 fevral 2013-cü ildə Bakı Qızlar Universitetinin Bakı şəhəri, M.Sənani küçəsi, ev 14 ünvanında yerləşən binasında keçiriləcək.

Namizədlər imtahan günü saat 9.00-da "Namizədin buraxılış vəsiqəsi" və şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə göstərilən ünvanda olmalıdırlar.

Əlavə məlumat almaq üçün Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi ilə (012) 590-92-54 nömrəli telefon vasitəsilə əlaqə saxlamaq olar.