Goranboy rayonunda uşaqlar arasında kəskin qrip virusu yayılıb. Goranboy rayonunda uşaqlar arasında kəskin qrip virusu yayılıb.

50-dən çox azyaşlı arasında kəskin qrip virusu yayıldı - Goranboyda - Foto

Goranboy rayonunda uşaqlar arasında kəskin qrip virusu yayılıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, gün ərzində Goranboy Rayon Mərkəzi Xəstəxanasına 10-dan artıq, yeni ilin ilk günlərində isə 50-dən çox azyaşlı müraciət edib.

Yüksək hərarət, öskürək, tənəffüs çatışmazlığı, qusma halları ilə narahatlıq keçirən 1-3 yaşarası körpələr, habelə 3-5 yaş arası uşaqlar Goranboy Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsinə gətirilib. Xəstəxanın pediatrı Təranə Həsənovanın sözlərinə görə, müraciət edənlərin sayı gecə saatlarında daha da artır.

Müxtəlif yaşlı uşaqlarda günün ikinci yarsından sonra halsızlıq, yüksək hərarət artaraq ağırlaşma halları ilə müşahidə olunur. Virusa yoluxanlara ilkin yardım göstərilir.