Binəqədi rayonu 193 saylı körpələr evi 5 yaşlı Umud Qocayevin tərbiyyəçi tərəfindən döyülməsinə aydınlıq gətirib. Binəqədi rayonu 193 saylı körpələr evi 5 yaşlı Umud Qocayevin tərbiyyəçi tərəfindən döyülməsinə aydınlıq gətirib.

5 yaşlı Umud tərbiyəçi tərəfindən döyülüb? - Rəsmi açıqlama

Binəqədi rayonu 193 saylı körpələr evi 5 yaşlı Umud Qocayevin tərbiyyəçi tərəfindən döyülməsinə aydınlıq gətirib.

Körpələr evinin direktoru AzNews.az-a açıqlamasında bildirib ki, 5 yaşlı Umud Qocayevin özünün və atasının dedikləri şər və böhtandır:

“Biz bu barədə bütün valideynlərlə birlikdə izahat yazmışıq. İnsana bu boyda şər atmazlar axı. Umud səhər-səhər bağcaya dodağı yara halında gətirilib. Neçə gün idi ki, dodaqlarında uçuq vardı. Valideyni dedi ki, səhər uçuğu qopardanda qanayıb. Bu müəllim tərəfindən olmayan bir şeydir. Onlar çox şey deyə bilər.”

Direktor qeyd edib ki, adı məsələdə hallanan Qala müəllimə olanlarla bağlı aidiyyatı qurumlara izahat verəcək: “Mən məzuniyyətdəyəm, valideynlə danışdıq ki, səhər uşaqla birlikdə bağçaya gəlsin. Amma hələ bu saata kimi gəlməyib.”

Bakı sakini Vüqar Qocayev 5 yaşlı övladının bağçada müəllim-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir. O, bu məsələdə Binəqədi rayonu 193 saylı körpələr evinin Qala adlı müəllimini ittiham edib.

Bahar RÜSTƏMLİ

AzNews.az