İranın hava sahəsi qapadıldı. Tehrana aviazərbələr gözlənilir?

İran əvvəlcədən icazə verilmiş beynəlxalq uçuşlar istisna olmaqla hava məkanını bağladı

AzNews.az xəbər verir ki, İran 14–15 yanvar tarixlərində ölkənin hava məkanının məhdudlaşdırılması ilə bağlı rəsmi bildiriş yayımlayıb.

İran Sivil Aviasiya Qurumu tərəfindən yayımlanan NOTAM-a (Havacılara Bildiriş) əsasən, Tehran uçuş məlumat bölgəsi əvvəlcədən razılaşdırılmış mülki gəliş-gediş reysləri istisna olmaqla bütün uçuşlar üçün bağlanıb.

Bildirişdə qeyd olunur ki, Tehran uçuş məlumat bölgəsində həyata keçiriləcək istənilən uçuş üçün İran Sivil Aviasiya Qurumundan əvvəlcədən xüsusi icazə alınmalıdır.

Qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb. Məsələ ilə bağlı əlavə rəsmi məlumat gözlənilir.

Bir çox xarici media resurslarında bu qərar ABŞ-ın Tehrana mümkün aviazərbələri ilə izah edilir.

AzNews.az