İdmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb. İdmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb.

Jurnalisti təhqir edən idmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb

İdmançı Kamil Zeynallı polis şöbəsinə çağırılıb.

Bu barədə AzNews.az-a açıqlamasında jurnalist Əfruzə Ağayeva məlumat verib.

Jurnalistin sözlərinə görə, Kamil Zeynallı Nəsimi rayon Polis Şöbəsində dindirilib və ondan izahat alınıb.

Əfruzə Ağayevanın vəkili Vüqar Səfərli isə idmançının hərəkətlərini qanuna zidd adlandırıb: "Kamil Zeynallı sosial şəbəkələrdə yayınladığı video çarxında dövlətin qanunlarına hörmət etdiyini deyib. Bu hər birimizin borcudur. Sözügedən videçarxda Kamil Zeynallı dəfələrlə "söymüşəm əcəb etmişəm" ifadəsini işlədir. Bu, artıq qanunlara hörmət etmək yox, birbaşa qanun pozunutusudur.”

Vüqar Səfərli Əfruzə Ağayevanın Nəsimi rayon polis idarəsində izahat verdiyini qeyd edib: “Əfruzə Ağayeva Kamil Zeynallının ondan instagram hesabında və KİV də üzr isəməsi tələbi ilə çıxış edib. Bu azmış kimi Kamil Zeynallı Əfruzə Ağayevanın mobil nömrəsinə hədə-qorxu dolu mesajlar yazaraq onu təhdid edib. Buna görə də, hal-hazırda jurnalist Əfruzə Ağayevanın həyat və sağlamlğı ciddi təhlükə altındadır. Xanım stress içində və hal-hazırda həkim nəzarətindədir."

İdmançı Kamil Zeynallı teleaparıcı Şəbnəm Həsənova və gənc jurnalist Əfruzə Ağayevanı təhqir edib. Teleaparıcıdan üzr istəyən idmançı jurnalisti təhqir etdiyi üçün peşman olmadığını da videoçəkilişləri ilə qeyd edib.

Bahar RÜSTƏMLİ

AzNews.az