“Fitur 2017” sərgisində Ermənistanın “Dağlıq Qarabağ” stendi ilə bağlı rəsmi açıqlama- Mədəniyyət və Turizm nazirliyindən

“Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi Ermənistanın təxribatı ilə bağlı “Fitur” beynəlxalq turizm sərgisinin təşkilatçılarına etiraz məktubu göndərib."

Bunu AzNews.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri rəhbəri Vüqar Şixəmmədov bildirib:

“Ümumdünya Turizm Təşkilatında rəsmi görüşlər keçirmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinə rəsmi səfər edən nazir Əbülfəs Qarayev məsələ ilə bağlı məlumat alan kimi Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib. Bundan başqa, nazirlik “Fitur” beynəlxalq turizm sərgisinin təşkilatçılarına etiraz məktubu göndərib. Azərbaycanın İspaniyadakı səfirliyi də aidiyyatı qurumlara etiraz məktubları ünvanlayıb.”

Vüqar Şixəmmədovun sözlərinə görə, Beynəlxalq Turizm Təşkilatının mübahisəli ərazilərin təbliğ edilməməsi ilə bağlı qərarı var.