Dünən gecə saatlarında Bakı şəhərinin Xəzər rayonunda tapılan qadın meyitinin kimə məxsus olması müəyyənləşib. Dünən gecə saatlarında Bakı şəhərinin Xəzər rayonunda tapılan qadın meyitinin kimə məxsus olması müəyyənləşib.

Özünü körpüdən atan qadın barədə - Təfərrüatlar

Dünən gecə saatlarında Bakı şəhərinin Xəzər rayonunda tapılan qadın meyitinin kimə məxsus olması müəyyənləşib.

Lent.az xəbər verir ki, Mərdəkan körpüsünün yaxınlığında ölən qadının 1970-ci il təvəllüdlü Məmmədova Sevda Tofiq qızı olması bəlli olub.

Əvvəlcə yol qəzası zamanı öldüyü ehtimal edilən qadının intihar etdiyi üzə çıxıb.

Bildirilir ki, 47 yaşlı S.Məmmədova Mərdəkan qəsəbə sakinidir və yanvarın 24-nə keçən gecə evi tərk edərək Mərdəkan körpüsü istiqamətinə gəlib və özünü yol ötürücüsünün üstündən ataraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az