“Mən donoslara qol çəkmirəm” “Mən donoslara qol çəkmirəm”

Baba Vəziroğludan ismayıllılara “tərs şapalaq”

“Mən donoslara qol çəkmirəm”



Bu gün ölkə mətbuatında İsmayıllı camaatı üzləşdikləri ədalətsizliklərlə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayacaqları ilə bağlı rayonda imza toplamağa başlayacaqlarına dair xəbərlər yer aldı. Bəs bu imzatoplama kampaniyasında tanınmışlardan kimlər var?

Nəğməkar şair, İsmayıllı ziyalılarından olan Baba Vəziroğlu AzNews.az-a açıqlamasında imzatoplama kampaniyasından xəbərsiz olduğunu bildirdi: "Mənə müraciət olmayıb...
Mən donoslara qol çəkmirəm...Bütün şikayət məktublarına donos kimi baxıram. Sözümü açıq və birbaşa demişəm... Xalq həmişə haqlıdır".


"Bu məsələdə kimin yanındasınız, xalqın, yoxsa məmurların" sualına nəğməkar şairin cavabı belə oldu: "Məgər məmurlar Marsdan gəlib, bu xalqın içindən çıxmayıb? Cənab prezidentə hər şey məlumdur".


Bahar Rüstəmli
AzNews.az