- Dünyanın halı
- 10:02
- 2 122
İran Laricaninin öldürülməsinə cavab olaraq Təl-Əvivi kaset başlıqlı raketlərlə vurdu
İran ölkənin təhlükəsizlik rəhbəri Əli Laricaninin öldürülməsinə cavab olaraq İsrailin Təl-Əviv şəhərini raketlərlə hədəfə alıb.
“Reuters“ xəbər verir ki, İran tərəfindən buraxılan raketlər kaset tipli başlıqlarla təchiz olunub.
İsrail tərəfi bildirib ki, bu cür başlıqlar havada çoxsaylı kiçik partlayıcı sursatlara parçalanaraq geniş əraziyə yayılır və onların zərərsizləşdirilməsi çətin olur.
Qeyd edilib ki, sıx məskunlaşmış Tel-Əviv şəhərinə gecə edilən hücum nəticəsində iki nəfər həlak olub.