“Düşmən – dərslikləri öz korporativ maraqlarına görə bu cür urvatsız şəkildə çap edənlərdir” “Düşmən – dərslikləri öz korporativ maraqlarına görə bu cür urvatsız şəkildə çap edənlərdir”

Əlövsət Osmanlıdan Faiq Şahbazlıya CAVAB

“Düşmən – dərslikləri öz korporativ maraqlarına görə bu cür urvatsız şəkildə çap edənlərdir”



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında dərsliklərin monitorinqinə həsr edilən müzakirələrlə bağlı Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlının açıqılamasına Əlövsət Osmanlıdan cavab gəlib. AzNews.az-a məktub göndərən Ə.Osmanlı F.Şahbazlının fikirləri ilə razılaşmayıb:

"Dərsliklərin rəsmi monitorinqi çərçivəsində keçirilən bu elmi-metodik seminarlarda elmdən, metodikadan kənar hansı söhbət gedə bilər? "Elm", "metodika" anlayışlarını "şou" ilə eyniləşdirəndən nə gözləmək olar?! Faiq Şahbazlı görür ki, TQDK-nın seminarlarında "sevimli" dərsliklərinin ayıbları üzə çıxır, sübut edilir ki, onun indiyə kimi üfürdüyü "dərslik siyasəti", "dərslik hoqqabazlığı"ından başqa bir şey deyilmiş. Dərslik rəsmi sənəddir, onun səhifələrindəki rəzaləti hay-küylə ört-basdır etmək mümkün deyil. Onsuz da bu rəzalətin üstü gec-tez açılmalı idi... Faiq Şahbazlı deyir:

"Sanki öz içimizdə düşmən axtarışına çıxıblar". Şəxsən mənim onun nəzərdə tutduğu "düşmənlər"i axtarmağa heç bir ehtiyacım yoxdur. Çünki neçə ildir ki, onların ünvanını hamıya göstərməklə məşğulam: Düşmən – dərslikləri öz korporativ maraqlarına görə bu cür urvatsız şəkildə çap edənlərdir".

Xatırladaq ki, bundan əvvəl Faiq Şahbazlı AzNews.az-a açıqlamasında müzakirələrin gedişindən narazı qaldığını və bir çox hallarda şou yaradıldığını bildirmişdi:

"Sanki öz içimizdə düşmən axtarışına çıxıblar. Dərslikləri keçməyən, indiyə qədər nazirliyə qarşı ancaq tənqidi mövqedən yanaşan şəxslərə meydan verirlər. Məmməd Yaqubov dərsliklərin müəllifi olub, ancaq bu il 5-ci sinif üçün dərsliyi keçməyib. İndi o öz ətrafı ilə, eləcə də Əlövsət Osmanlı gəlir, orada şou yaradırlar. Sanki öz içimizdə düşmən axtarırlar".

Kəmalə
AzNews.az