Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Actros" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb. Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Actros" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

28 mindən çox “Manchester” aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Actros" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

Dövlət Gömrük Komitəsiin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yoxlamadan öncə vətəndaş idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında, avtomobildə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası heç bir predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin qoşqusu ilə dartıcının birləşdiyi yerdə - qoşqunun altındakı boşluqdan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmamış 28.400 ədəd "Manchester" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.