“Vərəmdən vəfat edən məhkumların sayı nəzərə çarpacaq dərəcədə azalıb” “Vərəmdən vəfat edən məhkumların sayı nəzərə çarpacaq dərəcədə azalıb”

Mədət Quliyev vərəmli məhkumlardan danışdı

“Vərəmdən vəfat edən məhkumların sayı nəzərə çarpacaq dərəcədə azalıb”



Penitensiar xidmətin saytı xəbər verir ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Müdafiə proqramının Azərbaycandakı yeni təyin olunmuş koordinatoru Fransua Blansini, Müdafiə proqramının fəaliyyətini başa vurmuş koordinatoru Qvenaelle Fontananı və Müdafiə proqramının nümayəndəsi Piter Huberi qəbul edib.

M.Quliyev görüşdə penitensiar müəssisələrlə bağlı komitənin fəaliyyəti üçün normal şəraitin təmin olunmasının daim Penitensiar xidmət rəhbərliyinin diqqət mərkəzində olacağını bildirib.

Nazir müavini BQXK ilə Penitensiar xidmət arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərə çarpacaq dərəcədə azaldığını bildirib.

Görüş zamanı cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin təşkil olunması, cəza çəkənlərlə işçi heyəti arasında münasibətlər, məhkumların peşə təhsili, işçi personalın təlimi ilə bağlı bir sıra problemlərin həllinə dair fikir mübadiləsi aparılıb.

AzNews.az