Məmurlar prezidenti necə aldadır? Məmurlar prezidenti necə aldadır?

Bir ay əvvəl istifadəyə verilən tunel çökdü – FOTOFAKT

Məmurlar prezidenti necə aldadır?



Hər il dövlət büdcəsindən yol tikintisi, yeni körpülərin və tunellərin inşası məqsədilə milyonlarla vəsiat ayrılır. Amma istifadəyə verilən həmin obyektlərin qısa zaman ərzində sıradan çıxması ayrılmış vəsaitin şəffaf xərclənməməsinə dair şübhələri bir qədər də artırmış olur.

Bununla bağlı AzNews.az xəbər portalının əməkdaşının çəkdiyi fotolar həmin mövzunu yenidən gündəmə gətirir. Bildirək ki, əməkdaşımız Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yeni inşa olunan tunelin artıq çökməkdə olduğunu təsdiqləyən fotolar çəkib. Fotoşəkillərdən də göründüyü kimi, milyonların sərf olunduğu tunel hazırda acınacaqlı durumdadır. Bu isə tikintiyə məsul olan məmurların prezidenti aldatmasının növbəti təsdiqi olmaqla yanaşı, həm də mövzunun nə qədər aktual olduğunu təsdiqləyir.

Bu cür əməllər təkcə dövlət vəsaitinin mənimsənilməsi deyil, həm də insanların sağlamlığı bahasına başa gəlir.

Məhz qeyd etdiyimiz bu yolda yolun birdən-birə çökməsi və heç bir xəbərdarlıq nişanının qoyulmaması ucbatından bədbəxt hadisə baş verib. Belə ki, təkcə ötən gecə bir neçə avtomobil bu çökəyə düşərək idarəetməni itirib. Nəticədə bir neçə nəfər ciddi xəsarət alıb, avtomobillər isə yararsız hala düşüb. .


Qeyd edək ki, tunel bir ay əvvəl istifadəyə verilib.


Mahir Hüseynbəyli
AzNews.az


image description image description image description