Gələn ay Qəbələ RLS-in “kitabı bağlanacaq“

Qəbələ RLS-in bağlanmasına dair Azərbaycan-Rusiya birgə komissiyasının ilk iclası keçiriləcək



Fevralda Azərbaycanla Rusiya arasında Qəbələ radiolokasiya stansiyasının bağlanmasına dair birgə komissiyanın ilk iclası keçiriləcək. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər nazirinin müavini Xələf Xələfovdur. İclasda Qəbələ RLS-in bağlanması ilə bağlı bir sıra texniki məsələlər müzakirə olunacaq.

AzNews.az