İdmançı ilə jurnalist arasında gedən dava ilə bağlı məhkəmə qərarı elan edilib. İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayevanın arasında gedən məhkəmə çəkişməsi başa çatıb. İdmançı ilə jurnalist arasında gedən dava ilə bağlı məhkəmə qərarı elan edilib. İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayevanın arasında gedən məhkəmə çəkişməsi başa çatıb.

Kamil Zeynallı ilə jurnalist arasında gedən davanın məhkəmə qərarı- Üzr istəyəcəklər

İdmançı ilə jurnalist arasında gedən dava ilə bağlı məhkəmə qərarı elan edilib. İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayevanın arasında gedən məhkəmə çəkişməsi başa çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Kamil Zeynallının özü məlumat verib. Məhkəmənin qərarına görə, Kamil Zeynallı qarşı tərəfə heç bir təzminat ödəməyəcək: ““Bu gün mənə qarşı açılan məhkəmə yekunlaşdı. Kamil Zeynallı heç bir təzminat ödəməyəcək ( 50 min AZN). Qarşı tərəf məndən, mən də qarşı tərəfdən üzr istəyəcəm. Özlərini söydürüb pul alanlar... 50 min, yox bir 50 qəpik”

Məhkəmədə jurnalist Əfruzə Ağayevanın qarşı tərəfin ondan üzr istəməsi ilə bağlı tələb iddiası isə təmin olunub. Qərardan razılaşmayan Əfruzə Ağayeva Apelyasiya Məhkəməsinə üz tutacağını deyib:

“Demişdim axı Kamil Zeynallı sonda üzr istəyəcəksən, vəssalam. Ancaq qərarla tam razı deyiləm yenidən appelasiya məhkəməsinə müraciət edəcəm. Çünki hakim K. Zeynallı üzr istədikdən sonra mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib. Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər ? Yalan yazı yazanda. Amma Şəbnəm xanım etiraf edib və səs yazısı da var ki, deyir ki, "Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin ”."

Məsələ barədə hüquqşünas Vüqar Səfərli daha ətraflı məlumat verib:

Bu gün Bakı şəhəri Xətai rayon mehkəməsində hakim Namidar Misirzadənin sədrilyi ilə, ilkin idda üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "BİG.AZ" saytının baş redaktoru Ağayeva Əfruzə Məmmədhənifə qızının ilkin iddia üzrə cavabdeh Zeynallı Kamil Heybet oğluna qarşı" Şərəf və ləyaqəti, isgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə Zeynallı Kamilin Ağayeva Əfruza qarşı eyni tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq ilkin iddiaçı Ağayeva Əfruzə Məmmədhənifə qızının iddia tələbini qismən təmin etdi. Zeynallı Kamilin Ağayeva Əfruzənin ünvanına, özünün şəxsi "instagram" səhifəsində, xəbər saytlarında küçə söyüşlərinə görə, Ağayeva Əfruzədən müvafiq olaraq , instagramda və xəbər saytlarında üzr istəməsi və həmin təhqiramiz ifadələrə görə təkzib verməsi iddiası qəbul olunub. Ağayeva Əfruzənin iddia tələbinin qalan hissəsində yəni 50.000 manat dəymiş mənəvi zərərin ödənilməsi prosesinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Zeynallı Kamilin qarşılıqlı iddia tələbinin qismən təmin olunması yəni BİG. AZ saytında aparıcı Şəbnəm Hüseynovanın “Kamilin mənə söydüyü söyüşlər onun nəslindəki xanımlara getsin” başlıqlı xəbərin təkzib olunması və qarşılıqlı iddianın qalan hissədə yəni mənəvi zərərin əvəzi kimi Ağayeva Əfruzədən 100.000 manat pulun tələbi hissəsində rədd edilməsi barədə qərar qəbul edildi.”

Bahar RÜSTƏMLİ

AzNews.az