72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Məzahir Dostiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Aznews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məzahir Dostiyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, ittihama görə, Məzahir Dostiyev Bakı və Abeşron ərazilərində müxtəlif torpaq sahələrində fərdi yaşayış evləri tikib sataraq gəlir əldə edib böləcəklərinə dair yalan vəd verərək tanışlarını aldadıb. Onlara qarşı ümumilikdə 72.450 manatlıq dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib.