“Qarşı tərəf cərimə cəzası alacaq”- Hüquqşünas “Qarşı tərəf cərimə cəzası alacaq”- Hüquqşünas

Əkrəm Əylisli məhkəməyə müraciət edəcəkmi?

“Qarşı tərəf cərimə cəzası alacaq”- Hüquqşünas



Dünəndən başlayaraq "Qafqazinfo" saytı Xalq yazıçısı Əkrəm Əylislinin qalmaqallı romanını öz dilimizə tərcümə edib yayımlayır. Amma əsərin müəllifi mətbuata açıqlamasında "Daş yuxular"ı tərcümə edən şəxsi məhkəməyə verəcəyini demişdi.

Məsələyə münasibət bildirən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev AzNews.az-a açıqlamasında hüququn buna yol vermədiyini bildirdi: "Hüququ cəhətdən normal hüquqşünas məntiqi deyir ki, hər hansı bir əsərin tərcüməsi üçün mütləq müəllifdən icazə almaq lazımdır. Yəni, onu tərcümə edən şəxs mütləq Əkrəm Əylislidən razılığını almalıydı. Əgər icazəsi yoxdursa, qarşı tərəfin məhkəməyə müraciət hüququ var".

Vəkillər Kollegiyasının üzvü Türkel Süleymanlı da eyni fikirdədir: "Əgər əsər, roman yazı dilindən başqa bir dilə tərcümə olunursa, mütləq müəllifin icazəsi lazımdır. Əkrəm Əylisli məhkəməyə müraciət edərsə, qarşı tərəf cərimə cəzası alacaq. Çünki onu tərcümə edən şəxs başqasının əsərindən gəlir əldə edib. Müəllif tələb etdiyi cərimə qarşı tərəfdən alınıb ona verilməlidir".

Bahar Rüstəmli
AzNews.az