3600 manat kreditə qarşı 17 min manat pul ödədi - Video

Götürdüyü krediti ödəyib qurtara bilmir.

Xezerxeber.az məlumat verir ki, Bərdə sakini Faleh Həmzəyev, eyni bankdan ümumilikdə 3600 olmaqla 3 dəfə kredit götürüb. Adı problemli kreditlər siyahısına düşdüyündən ödəniş pensiya kartına yönəldilib. O, 4 il 7 aydır ki, pensiya kartındakı pulun hamısının kreditlərin aylıq ödəniş üçün tutulduğunu idda edir.

Kredit müqaviləsini itirən Faleh Həmzəyev, 4 ildir banka 17 min manata yaxın pul ödədiyini deyir. Banka, müqavilə və ödəniş cədvəli üçün yaxınlaşdıqda isə imtina cavabı aldığını bildirir.

Mübahisəli məsələ olduğundan mütəxəssilər şəxsin, əvvəlcə rəsmi sənədləri toplamalı olduğunu deyirlər. Yalnız bundan sonra ödənilən məbləğlə borc arasındakı qiymət fərqi ortaya çıxa bilər.

İcra haqqında qanuna görə isə, pensiya kartının maksimum 50 faizi aylıq ödənişlərə cəlb edilə bilər.

Faleh Həmzəyev hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.

AzNews.az