- Köhnə - Cəmiyyət
- 2 Aprel 2017 18:36
- 4 331
Çayxanada dava düşdü - 3 bıçaq zərbəsi vurdu

Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb
AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Lənbəran kəndində Həmid Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə zəminində bıçaqlayıb.
Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M. İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M. İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.