Ermənistanda Türkiyədən gətirilən pomidorlar satılır. Ermənistanda Türkiyədən gətirilən pomidorlar satılır.

Ermənistana “Karabax” pomidoru idxal olunur - Türkiyədən

Ermənistanda Türkiyədən gətirilən pomidorlar satılır.

Modern.az saytının erməni mənbələrinə istinadən verdiyi məlumata görə, həmin pomidor qutularının üzərində “Karabax” yazılması isə diqqət çəkib.

Bu, Ermənistanda narazılığa səbəb olub. Bəzi erməni şirkətləri sözügedən ixracın yerli istehsala mane olduğunu iddia ediblər. Eyni zamanda pomidor qutularının üzərində "Karabax" yazılması da erməniləri hiddətləndirib.

Məlum olub ki, Ermənistana pomidor ixrac edən şirkətin adı “Sahtu Tarım Ürünleri" Antalyada fəaliyyət göstərir.

Məlumata görə, bu şirkət ailə biznesi çərçivəsində fəaliyyət göstərir. Şirkətin sahibləri Sevda adlı azərbaycanlı və onun türk həyat yoldaşıdır.

Sevda bildirib ki, onların şirkəti Gürcüstan, Ukrayna və Azərbaycana kənd təsərrüfatı malları ixrac edir.

O qutuların üzərində rusca “Karabax” yazılması məsələsinə də aydınlıq gətirib.

““Karabax” adı şirkətin əmtəə nişanıdır. Yazının rusca olması isə ona görədir ki, ixracatın əsas hissəsi postsovet məkanının bir neçə ölkəsinə həyta keçirilir. O ölkələrdə yaşayan əhalinin çoxu isə rus dilini bilir”.

Qeyd edib ki, onların ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Ermənistana daşınması üçün Gürcüstan vasitəçi ərazi qismində olmağı təklif edib.

AzNews.az