Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Çovdarovun məhkəməsində brilyant satışı ilə məşğul olan şəxs ifadə verib

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Namiq Orucovun sürücüsü olmuş Gülağa Quliyev ifadə verib. O, istintaqda zərərçəkənmiş şəxs kimi tanınıb. G. Quliyev istintaq zamanı verdiyi ifadəni təsdiqləməyib. Bildirib ki, 2015-ci ildə Namiq Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G. Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını bildirib.

Prosesdə zərərçəkmiş şəxs qismində brilyant satışı ilə məşğul olmuş Elçin Hacıyev dindirilib. Onun istintaq və məhkəmə zamanı verdiyi ifadələr arasında ziddiyyət müəyyən edilib. Belə ki, o, istintaqda verdiyi ifadəsində Türkiyədən brilyantı özü gətirdiyini desə də, məhkəmədə brilyantın Türkiyə vətəndaşı tərəfindən gətirildiyini bildirub.

Daha sonra iclasda zərərçəkmiş Əjdər Hacıyev dindirilib. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edib.

A. Çovdarov isə deyib ki, zərərçəkmişlər yalan danışır və onların danışdıqları həqiqəti əks etdirmir.

Proses aprelin 17-də davam edəcək.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.