Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib. Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Neftçalada motosiklet aşdı, 2 nəfər yaralandı

Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Aşağı Surra kəndindən keçən hissəsində motosiklet yoldan çıxaraq aşıb.

Nəticədə Salyan rayonunun Babazanlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Qocayev Natiq Cahangir oğlu ağır kəllə-beyin travması və 1976-cı il təvəllüdlü Salamzadə Mehdi Gündüz oğlu kəllə-beyin travması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma aparılır.