Azərbaycanda mədəniyyət və istirahət parkları icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Azərbaycanda mədəniyyət və istirahət parkları icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

İstirahət parkları icra hakimiyyəti orqanlarının tabeliyinə verilib

Azərbaycanda mədəniyyət və istirahət parkları icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

AzNews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, mədəniyyət və istirahət parkları "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan çıxarılıb. Həmin parklar onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

Mədəniyyət və Turizm Nazirliyinə Əmlak Məsələləri Dövlət Komitəsi və ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.