Lerik rayonunda güclü külək səbəbindən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Lerik rayonunda güclü külək səbəbindən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Lerik işıqsız qalıb

Lerik rayonunda güclü külək səbəbindən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, səhər satlarında başlayan külək günorta saatlarında daha da şiddətlənib. Nəticədə rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda kəndlərin əksəriyyətində işıq yoxdur. Ancaq rayon mərkəzinə və bir neçə yaxın kəndə bir qədər əvvəl enerji verilişi bərpa edilib.

Qeyd edək ki, yağışla müşayiət olunan külək nisbətən səngisə də, əsməkdə davam edir.

AzNews.az