Bu ilin 3 ayında respublikada qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Bu ilin 3 ayında respublikada qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Yol qəzasında ölənlərin sayı açıqlandı

Bu ilin 3 ayında respublikada qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

AzNews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 162 nəfər ölüb, 411 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalıb, ölənlərin sayı 19 nəfər (13,8%) artıb, xəsarət alanların sayı isə 42 nəfər (9,3%) azalıb.

Bakı şəhəri ərazisində 140 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 44 nəfər dünyasını dəyişib, 134 nəfər yaralanıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı uyğun olaraq 7 fakt (4,8%), 26 nəfər (16,3%) azalmış, ölənlərin sayı 13 nəfər (41,9 %) artıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 32,4%-i (132 hadisə, 48 ölüm, 175 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 30,2%-i (123 hadisə, 58 ölüm, 105 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12%-i (49 hadisə, 11 ölüm, 58 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7%-i (7 hadisə, 4 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 47,9%-ni (195) piyadaların vurulması təşkil edib ki, nəticədə 66 piyada dünyasını dəyişib, 145-i xəsarət alıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər uşaq və yeniyetmə ölüb, 46 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 2 nəfər azalıb, xəsarət alanların sayı isə 11 nəfər artıb.

AzNews.az