Bu il Ramazan ayı may ayının sonunda başlayır. Bu il Ramazan ayı may ayının sonunda başlayır.

Mayda toy edənləri endirimlər gözləyir - Video

Bu il Ramazan ayı may ayının sonunda başlayır.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, insanların mayda toy etməmək ənənəsi şadlıq saraylarını 1 ay işsiz qoyur.

Bu il isə vəziyyət daha qəlizdir, çünki mayın ardınca Ramazan ayı başlayır və Ramazanda insanlar ümumiyyətlə toy etmir. Bu da şadlıq saraylarının iki ay toysuz qalacağı deməkdir.

Belə vəziyyətdə heç olmasa may ayından yararlanmaq üçün şadlıq sarayları müxtəlif endirimlər tətbiq etməyi planlaşdırır.

Bu sahədə çalışanlar may ayı sindromunun heç bir mənası olmadığını bir daha xatırladırlar.

Qeyd edək ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar arasında bu ayın uğursuzluğu ilə bağlı mif var.