Xırdalan şəhərində azyaşlının başına iş gəlib. Xırdalan şəhərində azyaşlının başına iş gəlib.

1 yaş 6 aylıq uşaq 4-cü mərtəbədən yıxıldı, sağ qaldı

Xırdalan şəhərində azyaşlının başına iş gəlib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1 yaş 6 aylıq olan Qasımov Rauf Rüfət oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb. Belə ki, səhər 6 radələrində valideynləri yatmış olan Rauf aralı qalan pəncərəni açıb. İrəli keçən uşaq pəncərədən aşağı sürüşüb və paltar iplərinə ilişib. Məhz bu iplər onun sürətini azaldıb və Rauf Qasımov betonun üzərinə düşüb.

Azyaşlı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı deyilir.