Sürətli internet xidmətini abunəçiləri üçün əlçatan etmək məqsədi ilə güzəştli şərtlərlə cihazları onların istifadəsinə verməkdə davam edən Azercell Telekom 4,5 milyonluq abunəçi ailəsi üçün ilkin ödənşsiz, çox sərfəli yeni kampaniyaya başlayır. Sürətli internet xidmətini abunəçiləri üçün əlçatan etmək məqsədi ilə güzəştli şərtlərlə cihazları onların istifadəsinə verməkdə davam edən Azercell Telekom 4,5 milyonluq abunəçi ailəsi üçün ilkin ödənşsiz, çox sərfəli yeni kampaniyaya başlayır.

Azercell-dən “1001 Smartfon” - Foto

Sürətli internet xidmətini abunəçiləri üçün əlçatan etmək məqsədi ilə güzəştli şərtlərlə cihazları onların istifadəsinə verməkdə davam edən Azercell Telekom 4,5 milyonluq abunəçi ailəsi üçün ilkin ödənşsiz, çox sərfəli yeni kampaniyaya başlayır.

AzNews.az xəbər verir ki, 1 may tarixindən etibarən “1001 Smartfon kampaniyası” çərçivəsində abunəçilər iPhone 7 və iPhone 5S kimi 4G-dəstəkli smartfonları uyğun olaraq cəmi 89 AZN və 55 AZN-dən başlayan qiymətə əldə etmək imkanı qazanırlar.

Abunəçilərinə sərfəli qiymətlərlə iPhone 7 və iPhone 5S smartfonlarını əldə etmək imkanı yaradan Azercell eyni zamanda onlara hədiyyə olaraq iri həcmli internet paketlərindən (5GB/10GB/Limitsiz) yararlanmaq və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) üstünlüyünü də verir.

Kampaniyaya qoşulmaq üçün, abunəçilər Baki və bölgələrdə yerləşən Azercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

Onu da qeyd edək ki, Azercell iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi satışını təqdim edən yeganə mobil operatordur.


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.