Daim innovativ yenilikləri, tədrisin keyfiyyətinin artırılması istiqamətində unikal layihələri ilə seçilən Qərb Universiteti daha bir yenilik edib. Belə ki, bu təhsil ocağında təhsil alan tələbələr bundan sonra imtahan modelini özü müəyyən edə biləcək. Daim innovativ yenilikləri, tədrisin keyfiyyətinin artırılması istiqamətində unikal layihələri ilə seçilən Qərb Universiteti daha bir yenilik edib. Belə ki, bu təhsil ocağında təhsil alan tələbələr bundan sonra imtahan modelini özü müəyyən edə biləcək.

Qərb Universitetindən daha bir yenilik: tələbə imtahan formasını özü seçəcək

Daim innovativ yenilikləri, tədrisin keyfiyyətinin artırılması istiqamətində unikal layihələri ilə seçilən Qərb Universiteti daha bir yenilik edib. Belə ki, bu təhsil ocağında təhsil alan tələbələr bundan sonra imtahan modelini özü müəyyən edə biləcək.

AzNews.az xəbər verir ki, dəyişikliyə əsasən tələbələr semester boyu keçdikləri fənlər üzrə, müvafiq kursun formatına uyğun olaraq təklif olunan imtahan modellərindən birini seçərək imtahan vermək şansı əldə edəcəklər. Mövcud imtahan formaları ilə yanaşı (Test üsulu, Şifahi imtahan, Baxış imtahanı, Açıq suallar), yeni imtahan modellərinə “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsədilməsinə imkan verir.
Əlavə edək ki, bir müddət öncə edilmiş dəyişikliyə əsasən tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atmışdı. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.