“18+” sərgisi Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır. “18+” sərgisi Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır.

"18+" sərgisinin arxasında hansı qruplar dayanır?- DİN araşdırmalara başladı

“18+” sərgisi Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə deyib. Onun fikrincə, sözü gedən sərginin arxasında cinsi azlıqların qrupları dayanır:

“Daxili İşlər Nazirliyindən zəng eləyiblər, məsələyə mənim münasibətimi öyrəndilər. Sərgi ilə bağlı bütün yazıları nazirliyə göndərdim. Və bundan əlavə, sərgi həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də nəzarətə götürülüb. Mən rəssamın müsahibəsini diqqətlə oxudum. Belə aydın oldu ki, bu sərginin arxasında cinsi azlıqlarla bağlı qruplar dayanır.”

Kamalə Ağazadə qeyd edib məsələnin sonuna kimi gediləcək: “Əlbəttə ki, bu məsələyə nazirlik münasibət bildirəcək. Kim bu sərgiyə maliyyə buraxıbsa, onun barəsində ölçü götürüləcək.”

Bakıda qız kuklalarından ibarət “18+” sərgisi keçirilib. Sərgidə nümayiş olunan əsərlər cəmiyyətdə böyük narazılıq doğurub.

Bahar RÜSTƏMLİ

AzNews.az