Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarına dəyişiklik edib. Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarına dəyişiklik edib.

Duracaq və qarajların əsasnaməsinə dəyişiklik edildi

Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarına dəyişiklik edib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə görə, "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"nin 1.2-ci bəndinin üçüncü abzasından "və parklanması" sözləri çıxarılıb.

Bu dəyişiklik edilən qədər qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili hesab edilirdi.

Yeni dəyişikliyə görə isə qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili hesab ediləcək. Yəni artıq qaraj parklanma adlandırılmayacaq.

Yeni dəyişiklik iyul ayının 1-dən qüvvəyə minir.