- Köhnə - Cəmiyyət
- 6 İyun 2017 22:54
- 4 334
Neftimiz ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 5-də 49,63 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,89 dollar/barel azdır.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 5-də 49,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 5-də 46,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,71 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 5-də 48,05 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,8 dollar/barel azdır.