Mingəçevir Su anbarında batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edilib. Mingəçevir Su anbarında batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edilib.

Mingəçevirdə azyaşlı xilas edildi

Mingəçevir Su anbarında batmaq təhlükəsi ilə üzləşən azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 azyaşlının çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:32-də başa çatıb.​