Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirə ilə çıxış edib. Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirə ilə çıxış edib.

Dünya şöhrətli alim Qərb Universitetinin fəxri professoru oldu- FOTO

Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirə ilə çıxış edib.

AzNews.az xəbər verir ki, Qərb Universitetinin rektoru, professor Andris Leitas qonağı təqdim edib, tanınmış alim barədə məlumat verib.

M.Əfəndiyev Qərb Universitetinin yaxşı ənənələri olduğunu qeyd edərək dəvətə görə təşəkkür edib.

Professor “Universitetlərin inkişaf strategiyasında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda mühazirəsində dünyanın aparıcı universitetlərinin təcrübəsi ilə bağlı nümunələri diqqətə çatdırıb, tədrisin keyfiyyətinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Daha sonra qonaq müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonra professor Məsud Əfəndiyevə Qərb Universitetinin “Fəxri Professoru” diplomu təqdim olunub.

Professor tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, onun Qərb Universiteti ilə çoxspektrli əməkdaşlığı nəzərdə tutulur və bu əməkdaşlıq çərçivəsində tələbə və müəllimlər üçün mühazirələrlə yanaşı, universitet tələbələrinin Almaniyanın və Avropanın digər ölkələrində uzun və qısamüddətli təhsil proqramlarında iştirakına dəstək göstəriləcək.

Qeyd edək ki, M.Əfəndiyev dünyanın bir çox aparıcı universitetlərində mühazirələrlə çıxış edir. Azərbaycanlı alim dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan“Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatıdır.

image description image description