Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir. Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir.

Azərbaycan turizmdə Gürcüstanı qabaqladı

Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir.

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, Turstat Agentliyi 2017-ci ilin 3 ayı ərzində Rusiyadan getmə turizminin statistikasını təhlil edib.

Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında birinci yerdədir və bu dəfə Gürcüstanı qabaqlaya bilib. Turstat-ın məlumatına görə, ilin 3 ayı ərzində Rusiyadan turist səfərlərinin sayı 6,7 milyonadək artıb. Ötən ilin analoji dövründə bu rəqəm 5,4 milyon olub. Rusiyalı turistlərin getdikləri yerlərin arasında Azərbaycan (139 min səfər, 2016-cı ilin analoji dövrü ilə müqayisədə +31%) və Gürcüstan (135 min, +27%) ön yerlərdədirlər. Türkiyə (138 min, +116%), Vyetnam (150 min, +65%), BƏƏ (210 min, +57%) və Tailand (381 min, +35%) rusiyalı turistlərin çimərlik turizmi üçün ən çox səfər etdikləri yerlərdir. Ümumilikdə isə ilk üç yeri Finlandiya, Qazaxıstan və Çin tuturlar.