- Köhnə - Cəmiyyət
- 23 İyun 2017 13:03
- 4 686
Cəbhə xəttində monitorinq keçirildi

Cəbhə xəttində növbəti monitorinq keçirilib.
AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 23-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
AzNews.az