Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Avtomobilində 10 kiloqramdan artıq narkotik saxlayan şəxs tutuldu - Foto

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

AzNews.az DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ağaxan Hüseynov Binəqədi-Xırdalan yolunda “VAZ-21015” markalı avtomobili idarə edən zaman kobud qayda pozuntusuna yol verdiyi üçün ona saxlama əmri verilib.

Sürücü əvvəlcə yol polisinin qanuni saxlama əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərib. Amma polisin sayıqlığı nəticəsində sürücünün qaçmaq cəhdinin qarşısı alınıb. Saxlanılandan sonra A.Hüseynovun şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən o, avtomobili ilə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin yük yerində gizlədilmiş 10 kiloqram 670 qram qurudulmuş marixuana, 75,326 qram tiryək aşkar edilərək götürülüb.

Sürücünün üzərinə baxış keçirilən zaman əlavə olaraq yüksək psixotrop təsirə malik olan 180 qram metoamfetamin həbləri də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə olunduğunu və avtomobilində gizlətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

image description image description image description image description