Güzəştli mənzil alanların sayı artacaq - Bu yeniliyə görə (Video)

Vətəndaşların sosial ipoteka krediti və sosial mənzillər əldə etmək imkanları yaxşılaşır.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, "2017-ci il dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliklərdə sosial ipoteka və sosial mənzil xərcləri artırılıb.

Vəsaitlərin artırılması mənzil bazarında canlanma yaradacaq. Güzəştli şərtlərlə mənzilə sahib olmaq istəyənlərin sayı artacaq.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, xərclərin artırılması ilə yanaşı, yaxın müddətdə ipoteka kreditləri əldə etmək üçün elektron qaydada müraciət imkanının da yaradılması insanların mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Adi ipoteka kreditlərinin əldə edilməsi şərtlərində heç bir dəyişiklik edilməyib.