Ev sakinləri qorxu içində yaşayırlar. Ev sakinləri qorxu içində yaşayırlar.

Bu evin divarlarında ilanlar yaşayır - Video

Ev sakinləri qorxu içində yaşayırlar.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, İmişli rayonunun Qaragüvəndikli kəndində Babayevlər ailəsinin yaşadığı evə ilanlar soxulub.
Rasim Babayev - ev sakini: "Bu ev ilanla doludur, ilan bu evdən əl çəkmir. 2009-cu ildən bəri mən bu evdə ilan öldürürəm. İlanın əlindən yata bilmirik".
Əsasən gecə saatlarında peyda olan ilanların sancma ehtimalının olması evdə yaşayanları qorxu içərisində saxlayır.
Vəfa Babayeva - ev sakini: "Əsas gecə 12 radələrində evə daxil olur, yata bilmirik".
Xanış Babayev - ev sakini: "Gecə qorxuruq, yata bilmirik. Evin divarlarının deşiklərindən qəfil çıxır. Bir dəfə gülün içindən çıxmışdı".
Ev sakinləri bildirirlər ki, ilanların məhv edilməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən dərmanlama işləri aparılsa da, hələ ki, müsbət nəticə verməyib. Evə soxulan ilanlar tikilinin torpaqdan olan divarlarında yaşayır.