Baki-Sumqayıt yolunun Masazırdan keçən hissəsində - Abşeron Gənclər şəhərciyinə keçmək üçün yeni zolaq çəkilməklə ayırıcı kəsik yaradılıb. Baki-Sumqayıt yolunun Masazırdan keçən hissəsində - Abşeron Gənclər şəhərciyinə keçmək üçün yeni zolaq çəkilməklə ayırıcı kəsik yaradılıb.

Bakı-Sumqayıt yolunda yenilik

Baki-Sumqayıt yolunun Masazırdan keçən hissəsində - Abşeron Gənclər şəhərciyinə keçmək üçün yeni zolaq çəkilməklə ayırıcı kəsik yaradılıb.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Masazır körpüsündən sonra sağa yerdəyişmə üçün sürücülər üçün xüsusi zolaq təşkil edilib. Bundan sonra həmin şəhərciyə və oradakı digər yerlərə getmək istəyənlər Masazır dairəsinə enmədən körpünün üstündən keçib rahat gedə biləcəklər.

Mütəxəssislər bildirirlər ki, yenilik Masazır dairəsindəki xaosu xeyli sadələşdirəcək.

Qeyd edək ki, yoldakı yenilik sürücülərin "Azəravtoyol" ASC-yə müraciətindən sonra edilib.