Məşhur müğənninin ailəsindəki faciə - yeni faktlar

Dünən tanınmış müğənni Pərvin Lətifovun ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, müğənninin 5 yaşl qızı Gülərin halı dünən səhər yeməyi yeyəndən sonra pisləşib. Sənətçinin xanımı Əfsanə Lətifova bildirib ki, səhər yeməyi üçün uşağa mannı sıyığı verib. Gülər sıyığı yeyəndən sonra eyvana çıxıb. Bir qədər sonra qızın arxası ilə eyvana çıxan anası onun yıxıldığını görüb və təcili tibbi yardım briqadası çağırılıb. Azyaşlı qız A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına aparılıb.

Klinikadan bildirilib ki, 2012-ci il təvəllüdlü Lətifova Gülər Pərvin qızı dünən saat 10:20-də tibb məssisəsinə gətirilərkən artıq keçinibmiş. İlkin məlumata görə, azyaşlı qıcolmadan həyatını itirib. Ailəsindən bildiriblər ki, Gülərdə güclü allergiya varmış.

5 yaşlı Gülər dünən 7-ci mikrorayonda babasının evində keçirilmiş mərasimdən sonra Buzovna qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, hadisə vaxtı Pərvin Lətifov evdə imiş.

Xatırladaq ki, Pərvin "Azəri star" yarışmasından sonra məşhurlaşıb. İfaçı 2011-ci ildə xalası qızı Əfsanə adlı xanımla ailə qurub.