“Krim-Konqo” virusu hər an Azərbaycana keçə bilər - Ekspert xəbərdarlıq etdi

“Krim-Konqo hemorragik qızdırma xəstəliyinin Azərbaycana daxil olmaması üçün nəzarət gücləndirilməlidir”.

Bunu AzNews.az-a açıqlamasında tibbi ekspert Aqil Qeybulla Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı şərh verərkən deyib. Onun sözlərinə görə, qızdırma halları olan insanlar saxlanılmalı və onlar ölkəyə buraxılmamalıdır.

“Həmin insanlar bir müddət karantində saxlanılmalıdır. Çox ciddi karantin tədbirləri görülməlidir. Bu qızdırma xəstəliyi Krımda, daha sonra isə Konqoda aşkarlanıb. Viruslar çox ciddi şəkildə orqanizmdə dəyişikliklər törədir və qanaxmalarla, damar keçidinin zədələnməsi ilə müşahidə olunur. 2-50 faiz hallarda ölüm törədir. Yəni, virus hava-damçı yolu ilə yayılır”.

Aqil Qeybulla deyib ki, Azərbaycan miqrasıyada olan bir ölkədir.

“Bu baxımdan xəstəliyin hər an Azərbaycana daşınması realdır. Əgər vaxtında tədbirlər görülərsə, insanların həyatın xilas etmək mümkün olar. Yox xəstəlik dərinə gedərsə, xəstənin həyatını xilas etmək mümkin olmayacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az